Qadın voleybolçular arasında Azərbaycan çempionu bəlli olub

17:24 18 Aprel 2023

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu titula “Azərreyl” sahib çıxıb.

 

Finalın üçüncü qarşılaşmasında da “Abşeron”a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gələn “Azərreyl” ölkə çempionluğunu qazanıb. “Abşeron” isə gümüş mükafatla kifayətlənib.

 

Qeyd edək ki, Yüksək Liqada bürünc medalı “Murov” əldə edib.


Xəbər xətti