Azərbaycanlı futbolçular üçün yeni baş məşqçi

11:38 13 Aprel 2023

Rusiyanın "Ximki" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Andrey Talalayev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 50 yaşlı məşqçi ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Ximki"də azərbaycanlı futbolçular İlya Sadıqov və Ayaz Quliyev çıxış edir.


Xəbər xətti