Avropa çempionatına dörd gimnastla

23:11 10 Aprel 2023

İdman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Türkiyənin Antalya şəhərində keçiriləcək 10-cu Avropa çempionatına yola düşüblər.

 

Sportarena.az xəbər verir ki, ölkəmizi qitə birinciliyində kişilər arasında Nikita Simonov, İvan Tixonov, qadınlar arasında isə Nazənin Teymurova və Samira Qəhrəmanova təmsil edəcəklər.

 

Qeyd edək ki, Avropa çempionatı 11-16 aprel aralığında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti