FİFA reytinqi: Millimiz 3 pillə geriləyib

18:54 6 Aprel 2023

Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.

 

Sportarena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1142 xalla 124-cü sırada qərarlaşıb.

 

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub. Azərbaycan millisi Avropa komandaları arasında isə 46-cı sıradadır.

 

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 43-cü yeri tutub.

 

Reytinqin zirvəsində dəyişiklik olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi liderliyi ələ keçirib. “Tanqoçular” 1840 xala malikdirlər. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya seçməsi üçüncü sıraya düşüb.

 

İlk “10-luq”:

1. Argentina – 1840 xal

2. Fransa – 1838

3. Braziliya – 1834

4. Belçika – 1792

5. İngiltərə - 1792

6. Niderland – 1731

7. Xorvatiya – 1730

8. İtaliya – 1713

9. Portuqaliya – 1707

10. İspaniya – 1682


Digər xəbərlər

Xəbər xətti