Azərbaycan yığması “Sofia Cup”da iştirak edəcək

17:16 5 Aprel 2023

Bədii gimnastika üzrə Azərbaycan millisi “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, komanda bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.

 

Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər.

 

Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.


Xəbər xətti