Sadıqov azarkeşləri avtomobillə motivasiya edəcək

17:57 4 Aprel 2023

“Ximki” klubu Rusiya çempionatının ev oyunlarından birində azarkeşləri arasında lotereya təşkil edəcək.

 

Sportarena.az TASS-a istinadən xəbər verir ki, lotereyada bir azarkeş avtomobil qazanacaq. Moskva vilayətinin klubu qeyd edib ki, mövsümün sonuna qədər hər ev oyununda azarkeşlər arasında müxtəlif qiymətli hədiyyələr oynanılacaq:

 

“İştirak şərtləri belədir: azarkeşlər “Ximki”nin ev oyununa gəlməklə avtomatik olaraq uduş tirajının iştirakçısı olurlar. “Ximki”nin ev oyunlarından birində super mükafat – avtomobil oynanılacaq”.

 

“Ximki”nin əsas sponsoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur.


Digər xəbərlər

Xəbər xətti