Azərbaycan gimnastları 15 medal qazanıblar

09:06 2 Aprel 2023

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Suada Dilberoviç” turnirində 15 medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, onlardan 5-i qızıl, 5-i gümüş və 5-i bürüncdür.

 

Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala yiyələnib.


Xəbər xətti