FİDE reytinqi: Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi

16:46 31 Mart 2023

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, aprel ayının cədvəlində Azərbaycanın 9 şahmatçısı yer alıb.

 

Teymur Rəcəbov 2747 xalla dünyada 10-cudur. 1 pillə geriləyən və 16-cı sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 9 xal geri qalır. 

 

Hələ də Azərbaycanın adından çıxarılmayan Arkadi Naydiç 60-cı yerdə qərarlaşıb. O, 2676 xala malikdir. 2661 xala malik Qədir Hüseynov 79-cu, 15 xal geri qalan Rauf Məmmədov 98-ci sıradadır.

 

Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2853.

 

Qadın şahmatçıların arasında ən yüksək pillədə olan Günay Məmmədzadə 2449 xalla 23-cüdür. 

 

Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) isə 96-cı yerdədir.

 

Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2628 xal. 


Digər xəbərlər

Xəbər xətti