Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinalın ilk oyunlarının vaxtı dəqiqləşib

15:13 26 Mart 2023

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu raundda ilk qarşılaşmalar martın 29-u və 30-da keçiriləcək.

 

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

 

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.

 

Xatırladaq ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

 

Yüksək Liqa (qadınlar)

Yarımfinal, ilk oyunlar

29 mart

16:00. "Abşeron" - "Murov"

18:00. "Azərreyl" - UNEC

 

Yüksək Liqa (kişilər)

Yarımfinal, ilk oyunlar

30 mart

16:00. "Murov" - MOİK

18:00. "Xarı bülbül" - “Neftçi”

 

Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti