“Bayern” Tuxellə 2,5 illik müqavilə imzalayacaq

11:38 24 Mart 2023

Yulian Nagelsmannın baş məşqçi postundan azad olunmasından az sonra "Bayern" yeni mütəxəssis təyin edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Natan Qissinq bildirib.

 

Onun sözlərinə görə, Münxen klubunun rəhbərliyi Tomas Tuxellə anlaşıb və alman mütəxəssislə 2,5 illik müqavilə imzalanacaq.

 

Tuxelin son iş yeri 2022-ci ilin sentyabrında Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Dinamo Zaqreb"ə uduzduqdan (0:1) sonra vəzifəsindən uzaqlaşdırıldığı İngiltərənin "Çelsi" klubu olub. “Mavilər” Tuxellə 2020/2021 mövsümündə Çempionlar Liqasının, 2022-ci ildə isə Klublararası Dünya Kubokunun qalibi olub.

 

Almaniya Bundesliqasında "Bayern" lider "Borussiya Dortmund"dan bir xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Münxenlilər həmçinin 1/4 final mərhələsində "Mançester Siti" ilə qarşılaşacağı Çempionlar Liqasında iştirakını davam etdirir.


Digər xəbərlər

Xəbər xətti