Emin Mahmudov: "Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq"

21:47 23 Mart 2023

“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”.

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

Kapitan komandanın matça hazır olduğunu söyləyib: “Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Biz onlara öz oyunlarını göstərmək imkanı verməməyə çalışacağıq”.

 

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Xəbər xətti