Milli üzvü avrokubokun gümüş medalını qazandı

20:26 23 Mart 2023

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın “CSM Lugoj” klubu “Çağırış kuboku”nun finalında İtaliyanın “Reale Mutua Fenera Chieri” komandası ilə qarşılaşıb.

 

Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalını qazanıb.


Digər xəbərlər

Xəbər xətti