Yoxlama görüşü: "Neftçi" - "Qəbələ" matçının vaxtı dəqiqləşdi

11:33 23 Mart 2023

"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Neftçi" ilə qarşılaşacaq.

 

Bu matç martın 25-də baş tutacaq.

 

Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq.

 

Qarşılaşma saat 16:00-da başlayacaq.

 

Yoxlama oyunu 25 mart 16:00. "Neftçi" – "Qəbələ" Türk Hava Yolları Futbol Mərkəzi


Xəbər xətti