Azərbaycanlı tennisçi beynəlxalq turnirdə üçüncü oldu

15:24 4 Mart 2023

Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən “WTT Youth Contender Vila Real 2023” turnirində uğurla çıxış edib.

 

Sportarena.az xəbər verir ki, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini məğlub edən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə də qalib gələrək yarımfinala yüksəlib.

 

Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc medal qazanıb.


Xəbər xətti