Yüksək Liqa: IV dövrəyə start götürdü

21:51 2 Mart 2023

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib.

 

Sportarena.az xəbər verir ki, X turun açılış matçı "Azərreyl" və "Murov" komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matç "dəmiryolçular"ın 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10) hesablı qələbəsi ilə başa çatıb.

 

Voleybol Mərkəzində təşkil olunan turun son qarşılaşmasında isə "Abşeron" UNEC-ə heç bir şans verməyib - 3:0 (25:21, 25:23, 25:10).

 

Qeyd edək ki, 10 turdan sonra "Azərreyl" 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Abşeron"un 18, "Murov"un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.


Digər xəbərlər

Xəbər xətti