Norveç 2027-ci il Hokkey üzrə Dünya Kubokuna ev sahibliyi etmək təklifini geri götürüb

12:36 8 Yanvar 2023

Norveç Hokkey Federasiyası (NIHF) Mədəniyyət və Bərabərlik Nazirliyinin maliyyələşdirmədən imtina etməsindən sonra 2027-ci il Dünya Çempionatına ev sahibliyi etmək təklifini geri götürüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Beynəlxalq Hokkey Federasiyası (IIHF) bildirib.

 

Turnirin Berum və Trondheim şəhərlərində təşkili planlaşdırılırdı.

 

NIHF-nin rəhbəri Tage Pettersen təşkilatın “ilkin dialoq olmadan imtinadan məyus olduğunu” söyləyib.

 

“Buzda hokkey üzrə dünya çempionatı 1994-cü il Olimpiadasından sonra ən böyük qış idman tədbiri olacaq və Norveç idmanı üçün böyük əhəmiyyət kəsb edəcək”, - Pettersen əlavə edib.

 

Norveçlilər sonuncu dəfə 1999-cu ildə dünya çempionatına ev sahibliyi etmişdilər. Qeyd olunub ki, NIHF 2028-ci il dünya çempionatı üçün mübarizə aparmağa çalışacaq.


Digər xəbərlər

Xəbər xətti