Azərbaycan Həndbol Çempionatı: "Qarabağ" rəqibini darmadağın etdi

12:53 26 Dekabr 2022

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 5-ci və 6-cı turun görüşləri oynanılıb. 
 

Sportarena.az xəbər verir ki, "Qarabağ" U-16 yığmasına 49:5 qalib gəlib. “İdman Akademiyası” – “Azərsu” matçında isə birincilər 42:12 qazanıb. 
 

Altıncı turun oyunlarında isə U-16 "Qarabağ"a 22:55 uduzub. “İdman Akademiyası” isə “Azərsu”nu bu tur 47:14 hesabı ilə məğlub edib.
 

“Azəryol” və “İdman Akademiyası” 12 xalla çempionatın şərikli liderləridir. “Qarabağ”la “Azərsu”nun aktivində 6 xalı var. U-16 hələ də xal qazana bilməyib.


Xəbər xətti